Bakıda evdən 5 nəfərin meyiti tapıldı - Yenilənib

bakida-evden-5-neferin-meyiti-tapildi
Oxunma sayı: 10073

Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivindəki fərdi yaşayış evlərindən birində 5 nəfərin meyiti tapılıb. 

“Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, meyitlər bu gün aşkar edilib. 

Bunlar 16 yaşlı Atilla Rəşad oğlu Əliyev, 17 yaşlı Lətif Rəşad oğlu Əliyev, 21 yaşlı İnkişaf İdris oğlu Allahverdiyev, 24 yaşlı Şakir İdris oğlu Allahverdiyev və 46 yaşlı Natiq Faiq oğlu Səfərovdur. 

Hadisə yerinə təcili tibbi yardım çağırılıb, lakin təcili yardım briqadası hadisə yerinə çatanda həmin şəxslərin artıq öldüyünü təsbit edib. Ölümün nə vaxt baş verdiyi və səbəbləri məlum deyil. Müvafiq ekspertizalar təyin edilib. 

Səbail rayon prokurorluğu faktı təsdiqləyib, bildirilib ki, müstəntiqlər hadisə yerindədir, araşdırmalar aparılır.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qardaş olan Atilla ilə Lətif və Şakirlə İnkişaf bir neçə gün öncə ev sahibi Natiq Səfərovgilə qonaq gəliblər. Qardaşlar ev sahibi ilə qohumdurlar. İlkin ehtimala görə, onlar dəm qazından boğularaq vəfat ediblər.