Bakıda evdən qızıl oğurlayan Yevlax sakini saxlanıldı

bakida-evden-qizil-ogurlayan-yevlax-sakini-saxlanildi
Oxunma sayı: 1210

Bakıda evdən 5 min manatlıq qızıl oğurlanıb.

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 3-də rayon ərazisindəki evlərin birindən 5 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Elşad Əliyev saxlanılıb.