Bakıda evə basqın, seyfdən külli miqdarda pul aparıldı

bakida-eve-basqin-seyfden-kulli-miqdarda-pul-aparildi
Oxunma sayı: 680

Bakıda mənzildən külli miqdarda pul oğurlanıb. 

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, Yasamal rayonu Mirzə Fətəli küçəsi 171 ünvanında yaşayan 1964-cü il təvəllüdlü Babayev Zakir Tofiq oğlu polisə müraciət edərək bildirib ki, evindən külli miqdarda pul və qızıl oğurlanıb. Şikayətçi qeyd edib ki, iyulun 15-16 tarixilərində evdə kimsənin olmadığı müddətdə naməlum şəxs və ya şəxslər pəncərənin şüşəsini sındıraraq mənzilə daxil olublar. Mənzildəki seyfdən 12 min manat, 1800 dollar və qızıl-zinət əşyaları oğurlanıb.
 
Faktla bağlı araşdırma aparılır.