Bakıda evlərdən oğurluq edən şəxs tutuldu

bakida-evlerden-ogurluq-eden-sexs-tutuldu
Oxunma sayı: 959

Sabunçu RPİ 12-ci əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 12-də Bakı şəhər sakini Mətanət İbadovanın evindən qızıl əşyalar oğurlamış paytaxt sakini Ramil Şəfəqqətov tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, saxlanılan şəxsin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha 6 evdən pul, bankomat kartları, qızıl əşyaları və qol saatları oğurlaması da müəyyən edilib.