Bakıda evli kişi şantaj edildi - Kişi sevgilisi tərəfindən

bakida-evli-kisi-santaj-edildi
Oxunma sayı: 718

Hədə-qorxu və şantaj yolu ilə pul tələb etməkdə şübhəli bilinən Abşeron rayon sakini 24 yaşlı E.M. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

“Qafqazinfo” Sputnik-ə istinadən xəbər verir ki, saxlanılan şəxs 1960-cı ilə təvəllüdlü E.A adlı Bakı sakini ilə tanış olub. Daha sonra hər iki kişi arasında intim əlaqə yaranıb. Lakin gənc sevgili bütün telefon danışıqlarını diktafona yazdığı üçün 57 yaşlı E.A-nı şantaj etməyə başlayıb. 3600 manat verməyəcəyi halda səs yazısını sosial şəbəkələrə yerləşdirəcəyini bildirib. 

Onu biabır etməməsi üçün biseksual Bakı sakini tələb olunan məbləği verib, lakin daha sonra bununla bağlı polisə müraciət edib

Hazırda saxlanılan şəxslə bağlı cinayət işi açılıb.