Bakıda F2-də zəncirvari qəza oldu - Fotolar

bakida-f2-de-zencirvari-qeza-oldu
Oxunma sayı: 2248

Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 üzrə ikinci yarışda zəncirvari qəza baş verib.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, yarış zamanı üç bolid toqquşub. Belə ki, “BWT Arden” komandasının xanım pilotu Tatyana Kalderon, “Trident” komandasının pilotu Ralf Boşunq və “Carlin” komandasının pilotu Luis Deletrazın idarə etdiyi bolidlər toqquşub.

Hər üç pilot yarışı yarımçıq dayandırmalı olub.

Yarış zamanı “Trident” komandasının digər pilotu Qiuliano Alesi də idarəetməni itirərək maneəyə çırpılıb.

Beləliklə, Q.Alesi də yarışı dayandırmalı olub.