Bakıda faciə, qadın yanaraq öldü

bakida-facie-qadin-yanaraq-oldu
Oxunma sayı: 2686

Bakının Nərimanov rayonunda ümumi sahəsi 510 kv.m olan birmərtəbəli ümumyaşayış evinin 4 mənzilində ümumilikdə 100 kv.m sahədə yanğın hadisəsi baş verib.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, yanğınnın kəşfiyyatı zamanı mənzillərin birində yanğınsöndürənlər tərəfindən Kuznetsova Anastasiya İvanovnanın yanmış meyiti aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.