Bakıda fəhlə “KamAZ”ın altında qalıb öldü

bakida-fehle-kamazin-altinda-qalib-oldu
Oxunma sayı: 1143

Bakıda bədbəxt hadisə nəticəsində bir nəfər ölüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən qara metal qırıntılarının qəbulu məntəqəsində baş verib.

Orada fəhlə işləyən, 1977-ci il təvəllüdlü Zaur Səlimov metal qırıntılarının yükləndiyi “KamAZ” markalı avtomobilin altında qalaraq ölüb. Həmin zaman yük maşını 1973-cü il təvəllüdlü Eldar Nəcəfov tərəfindən idarə olunub. 

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Murad Əhməd