Bakıda “Formula-1” həyəcanı yaşana bilər

bakida-formula-1-heyecani-yasana-biler
Oxunma sayı: 860



 “Qafqazinfo” xəbər verir ki, “Trend” belə bir məlumatı  Britaniyanın "The Guardian" nəşrinə istinadən yayıb.


Ekklstounun sözlərinə görə, Azərbaycanda Qran-Pri yarışları 2015-ci, yaxud 2016-cı ildə keçiriləcək: "Biz Azərbaycana gedirik. Orada yarışların 2015-ci ildə keçirilməsi barədə danışırlar. Bəlkə də bu, çox tezdir, amma ehtimal mövcuddur. Ancaq daha böyük ehtimalla, mərhələ 2016-cı ildə keçiriləcək".


Buna baxmayaraq, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu gün jurnalistlərə açıqlamasında yarışın Bakıda keçirilməsinə dair sazişin imzalanmasından danışmağın hələ tez olduğunu bildirib.

Qeyd edək ki, çempionatın təqvimi 19 mərhələdən ibarətdir. Gələcəkdə onun ildə 22 mərhələyədək artırılacağı gözlənilir. Təqvimə daxil olmağa Azərbaycanla yanaşı, Tailand, CAR, Yunanıstan, Argentina və Meksika da iddia edir.