Bakıda “Formula 1” üçün eyvan icarəsi - Video

bakida-formula-1-ucun-eyvan-icaresi
Oxunma sayı: 894

23-25 iyun tarixləri arasında Bakıda keçiriləcək “Formula 1” yarışlarına az qalmış trekin keçdiyi ərazilərdə yarış zolağına baxan eyvanlara maraq artıb. 

“Qafqazinfo” xezerxeber-ə istinadən xəbər verir ki, həmin evlərin sakinləri belə eyvanları icarəyə vermək üçün hazırlıqlara başlayıblar. Onlar artıq müştəri axtarışına da çıxıblar. Belə eyvanlardan yarışı izləyənlərə çay, kofe, hətta istəsələr yemək də təklif olunacaq.

Ev sahibləri deyirlər ki, ötən il müştəri tapmaqda çətinlik çəkiblər. Bu ilə isə bəzi səyahət şirkətləri belə evlərlə maraqlanmağa başlayıblar.

Qiymətlər isə qarşılıqlı razılıq əsasında müəyyənləşdiriləcək. Üstəlik, eyvanlarda televizor da qoyulacaq ki, qonaqlar trekin görünməyən yerlərini izləyə bilsinlər.

“Formula 1” əməliyyat komitəsinin sözçüsü Nigar Arpadarainin verdiyi məlumat görə, belə eyvanların sakinlər tərəfindən icarəyə verilməsində heç bir qadağa yoxdur. Sadəcə ev sahibləri hər hansı yad əşyanın oyun zolağına atılmamasına diqqət etməlidirlər. Əks halda bu şəxslər məsuliyyətə cəlb ediləcəklər.