Bakıda futbol var

bakida-futbol-var
Oxunma sayı: 650

Paytaxtın AZAL klubu səfərdə Tovuzun "Turan" klubu ilə qarşılaşacaq. Son turda "Bakı" ilə 0:0-lıq bərabərliyə qalan AZAL 4 turdur ki, qələbəyə həsrət qalıb.

Elxan Abdullayevin komandası "Turan"la oyunda bu uğursuzluğa son qoymaq niyyətindədir. Hazırda 9 xalla 9-cu pillədə qərarlaşan "təyyarəçilər" ilk "altılığ"a düşmək uğrunda mübarizə aparırlar.

Son günlər heç də yaxşı günlərini yaşamayan "Turan"ın bu oyuna qələbə əzmi ilə çıxacağı bildirilir. Son turda "Qarabağ"a məğlub olmaqla vəziyyətini daha da çətinləşdirən Tovuz təmsilçisinin bu görüşdə qələbəyə oynayacağı şübhə doğurmur.

Hazırda 6 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşan "Turan" qələbə qazancağı təqdirdə AZAL-la xallarını bərabərləşdirəcək. "Turan"ın təhlükəli zonadan uzaqlaşması üçün AZAL-la görüşdə mütləq qələbə qazanmalıdır.


15 oktyabr

Premyer Liqanın IX turunun oyunları

15:00. "Turan" - AZAL
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Knyaz Əmiraslanov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Tovuz. Şəhər stadionu.

16 oktyabr (bazar)

15:00. "Sumqayıt Şəhər" – "Bakı"
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Zeynal Zeynalov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Asim Xudiyev.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.

15:00. "Qəbələ" - "Kəpəz"
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Vaqif Musayev, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Səfər Haşımov.
Qəbələ. Şəhər stadionu.

15:30. "Neftçi" - "İnter"
Hakimlər: Elçin Məmmədov, İlham Əliyev, Azər Əsgərov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.

17:00. "Rəvan" - "Qarabağ"
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Nüvər Xasıyev.
Bakı. "Dalğa Arena" stadionu.

17:30. Xəzər Lənkəran - Simurq
Hakimlər: Rauf Cabbarov, Ramiz Əsədov, Elşən Acalov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Rüfət Hüseynov.
Lənkəran. Mərkəzi stadion.