“Qafqazinfo”nun lent.az-a istinadən məlumatına görə, 8-ci Polis Bölməsinə müraciət edən 1989-cu il təvəllüdlü Şeydayeva Aynur Səhrab qızı Bibiheybət qəsəbəsində yerləşən “Energy” klubda tanımadığı şəxsin hücumuna məruz qaldığını bildirib.
26 yaşlı qadın qeyd edib ki, avqustun 2-də gecə saat 03:30 radələrində klubda tanımadığı şəxs mübahisə zəmnində onu döyərək müxtəlif dərəcəli xəsarətlər yetirib.
Müraciət əsasında araşdırma aparılır.
Qeyd edək ki, Aynur Şeydayeva “Miss Eurovision of Azerbaijan” gözəllik müsabiqəsinin iştirakçısı olub.
Son xəbərlər
Son Xəbərlər