Bakıda gecə reydi keçirildi - Fotolar

bakida-gece-reydi-kecirildi
Oxunma sayı: 5796

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən fasiləsiz, gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir.

Bakı şəhər Baş Polis İdarəsindən "Qafqazinfo"ya verilən məlumata görə, yaşayış yerini icazəsiz tərk edən şəxslərlə profilaktik söhbətlər aparılır, mövcud sanitar-gigiyenik tələblər izah olunur. 

Göstərişlərə əməl etməyən şəxslər barəsində inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilir.