Bakıda gecəyarısı 20 yaşlı qızı vurdular

bakida-geceyarisi-20-yasli-qizi-vurdular
Oxunma sayı: 2947


“Qafqazinfo” xəbər verir ki, Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, mayın 11-nə keçən gecə Hövsan qəsəbəsi, R.Abdullayev küçəsində naməlum avtomobil 1994-cü il təvəllüdlü Rzazadə Günay Mübariz qızını vurub. Avtomobilin sürücüsü nəqliyyat vasitəi ilə birgə ərazidən uzaqlaşıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri almış 20 yaşlı qız xəstəxanaya yerləşdirilib. Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.