Bakıda gecəyarısı oğurluq- - 2 kiloqram ət apardı

bakida-geceyarisi-ogurluq-
Oxunma sayı: 701


“Qafqazinfo”nun lent.az-a istinadən məlumatına görə, Səbail rayonu Asif Məmmədov küçəsində yaşayan 1941-ci il təvəllüdlü İsmayılov Yaşar Muxtar oğlu bildirib ki, naməlum şəxs və ya şəxslər saat 02-dən 07:45-dək, yəni onun yatmış olduğu vaxt mənzilə soxulub. Mətbəxin açıq qalmış pəncərəsinin setkasını kəsən oğru daha sonra qonaq otağına daxil olub. 

Buradan 2 ədəd telefon və 100 manatlıq qab-qacaq oğurlayan naməlum şəxs soyuducudakı 2 kiloqram əti də özü ilə aparıb.

Faktla bağlı araşdırmalar aparılır.

“Qafqazinfo”