Bakıda “Gelandewagen” “Mercedes”ə çırpıldı - Fotolar

bakida-gelandewagen-mercedese-cirpildi
Oxunma sayı: 8077

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, qəza Azadlıq prospekti ilə Xaqani küçəsinin kəsişməsində qeydə alınıb.

10-PS-500 dövlət nişanlı “Mercedes Gelandewagen” markalı avtomobil “Mercedes” markalı maşına çırpılıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb edilib.