Bakıda “Gelenvagen”lə “Jeep” toqquşdu - Fotolar

bakida-gelenvagenle-jeep-toqqusdu
Oxunma sayı: 2072

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, hadisə Nəcəfqulu Rəfiyev küçəsində qeydə alınıb.

Qəza "10-TR-031" dövlət qeydiyyat nişanlı "Jeep" markalı avtomobil ilə "10-RE-999" nömrəli "Mercedes Gelenvagen"in toqquşması nəticəsində baş verib.

Hadisə nəticəsində xəsarət alan olmayıb, maşınlara ciddi ziyan dəyib. Yol kənarındakı işıqfor aşaraq yola düşüb.