Bakıda gəlin qayınanasının qızıllarını oğurladı

bakida-gelin-qayinanasinin-qizillarini-ogurladi
Oxunma sayı: 1192

Bakıda gəlin qayınanasının qızıllarını oğurlayıb. 

“Qafqazinfo” xəbər verir ki, polisə müraciət edən Bakı şəhər sakini G.Novruzova oktyabrın 2-də evindən naməlum şəraitdə 6000 manat dəyərində qızıl-zinət əşyaların oğurlandığını bildirib.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və oğurluğu törətməkdə şübhəli bilinən ev sahibəsinin gəlini saxlanılıb.