Bakıda gənc oğlan 13-cü mərtəbədən yıxılaraq öldü

Bakıda gənc oğlan 13-cü mərtəbədən yıxılaraq öldü
Oxunma sayı: 3437

Xətai rayonunda gənc oğlan binadan yıxılıb.

“Qafqazinfo” Apa-ya istinadən xəbər verir ki, hadisə “Babək Plaza”nın yaxınlığında qeydə alınıb.

Həmin ərazidə yerləşən hündür mərtəbəli binanın 13-cü mərtəbəsindən yıxılan şəxs aldığı xəsarətlərdən həyatını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.