"Qafqazinfo"nun APA TV-yə istinadən məlumatına görə, Nəsimi rayon 19-cu polis bölməsindən verilən məlumata görə, hadisə gecə 22:40 radələrində metronun 20 yanvar stansiyasının yaxınlığında yerləşən " Velotrek" ticarət mərkəzinin qarşısında baş verib.
Qərbi Azərbaycandan olan hazırda Bakı şəhərində yaşayan 1986-cı il təvəllüdlü Novruzov Ramal Məhhərəm oğlu naməlum şəxs tərəfindən güllələnib. O, aldığı güllə yarasından dünyasını dəyişib.
Bildirilib ki, qətlə yetirilən şəxsin əvvəllər həbsdə olub.
Hazırda hadisəni törədən şəxsin tutulması istiqamətində axtarışlar davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər