Bakıda gənc oğlan özünü asdı

bakida-genc-oglan-ozunu-asdi
Oxunma sayı: 2081

Bakıda gənc oğlan özünü asaraq öldürüb.

Qafqazinfo”nun Report-a istinadən xəbərinə görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Şüvəlan qəsəbəsi 22 saylı evdə yaşayan 1996-cı il təvəllüdlü İlqar Muradov özünü yaşadığı evin həyətində yerləşən dam örtüyünün taxta dirəyindən asaraq intihar edib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.