Metronun “Əhmədli” stansiyasında gənc oğlan özünü qatarın altına atıb.
“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, hadisə “Əhmədli” stansiyasının 1-ci yolunda baş verib:
1991-ci il təvəllüdlü Kürdəmir rayon sakini Kamil Daşqın oğlu Nuriyev saat 17.03-də özünü qatarın altına atıb.
Dərhal qatarın hərəkəti dayandırılıb. Metro polisinin iştirakı ilə həmin şəxs çıxarılıb və ona ilkin yardım göstərilərək təcili yardım tərəfindən aparılıb.
Son xəbərlər
Son Xəbərlər