Bakıda gənc qız özünü dənizə atdı

bakida-genc-qiz-ozunu-denize-atdi
Oxunma sayı: 643

Dənizkənarı Bulvar İdarəsinin təhlükəsizlik xidmətinin rəisi Müqabil Baxışovun Anspress-ə verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

İdarənin Təhlükəsizlik Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları sudan 16-19 yaşlarında gənc qızın meyitini çıxarıblar. İlkin araşdırmalar zamanı qızın axşam saatlarında intihar etdiyi müəyyənləşib. Hələlik hadisə yerində hüquq-mühafizə və prokurorluq orqanlarının əməkdaşları çalışır.

Faktla bağlı araşdırma aparılır.