Bakıda gizli işləyən kafenin sahibi və müştəriləri saxlanıldı - Fotolar + Video

bakida-gizli-isleyen-kafenin-sahibi-ve-musterileri-saxlanildi
Oxunma sayı: 4311

Sabunçu rayonu Bakıxanov qəsəbəsjndə xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən kafe aşkar edilib.

Daxili İşlər Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi və 13-cü Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Ərəblinski 1A ünvanında yerləşən paytaxt sakini Elmin Məmmədova məxsus “Furqan” kafesinin işlədiyi məlum olub. Obyektə baxış zamanı ümumilikdə 7 nəfərin xüsusi karantin qaydalarını pozaraq orada olduqları aşkar edilib. Obyektin sahibi Elmin Məmmədov və müştərilər saxlanılaraq ərazi üzrə Səbail RPİ-nin 13-cü Polis Bölməsinə gətiriliblər.

Xüsusi karantin qaydalarını müştərilən barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb və onlar ciddi şəkildə cəzalandırılıblar. Kafe sahibinin törətdiyi karantin pozuntusuna hüquqi qiymət verilməsi üçün topnan materiallar isə Sabunçu Rayon Məhkəməsinə təqdim edilib.