Bakıda görmə qüsurlu şəxsi və ona kömək edən oğlanı maşın vurdu - Ölən var+Fotolar

Bakıda görmə qüsurlu şəxsi və ona kömək edən oğlanı maşın vurdu
Oxunma sayı: 4355

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Görmə qüsurlu 1985-ci il təvəllüdlü Əliyev Natiq Ümidəli oğlu 1997-ci il təvəllüdlü Ələkbərov Həsən Ələkbər oğlunun köməkliyi ilə yolun piyada üçün müəyyən edilməyən hissəsindən keçərkən onların hər ikisini “Nissan” markalı avtomobil vurub.

Görmə qüsurlu N.Əliyev hadisə yerində ölüb. H.Ələkbərov isə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hadisəni törədən sürücü affekt vəziyyətinə düşüb. O da xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.