Səbail rayonunda Soyqırım faciəsinin 100 illiyinə həsr olunmuş növbəti tədbir hər bir azərbaycanlınin and yeri olan “Şəhidlər Xiyabanı”nda yerləşən Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail Rayon Təşkilatının qərargahında rayon rəhbərliyi, müharıbə veteranları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilib.
İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, tədbirdə çixiş edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov rayonda keçirilən tədbirlər barədə ətraflı məlumat verərərək qeyd etdib ki, Azərbaycan xalqı XX əsrdə bir neçə dəfə soyqırımlara məruz qalmışdır.
Uzun illər azərbaycanlıların əzəli torpaqlarına sahib çıxmaq və burada «Böyük Ermənistan» yaratmaq xülyaları ilə yaşayan erməni qəsbkarları 1918-ci ildə Bakı və Azərbaycanın bir sıra bölgələrində minlərlə dinc azərbaycanlı əhalini yalnız milli mənsubiyyətinə görə məhv etmiş, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmışlar. 1992-ci ilin fevralında isə ermənilər öz havadarlarının köməyi ilə Xocalıda azərbaycanlılara qarşı növbəti soyqırımı törətdilər.
Daha sonra çıxış edən Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon təşkilatının sədri İlham Əliyev, müharıbə veteranları Bəhrəm Ağakişiyev, Yuri Qaraqanov, İradə Sadıqova və başqaları 1918-ci il hadisələri, sonrakı illərdə ermənilərin Azərbaycan xalqına qarşı təcavüz faktları, onların beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülmüş və görüləsi işlər barədə danışıblar.
Sonda iştirakçılar tərəfindən havaya yüzlərlə qara şar buraxılıb.



Son xəbərlər
Son Xəbərlər