Bakıda gözəllik salonu yandı

bakida-gozellik-salonu-yandi
Oxunma sayı: 737

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 4 m2 olan gözəllik salonunun lambirdən ibarət tavanı 4 m2 sahədə yanıb.
 
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
 
Yanğın saat 11:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.