Bakıda gözətçinin meyiti iş yerində tapıldı

bakida-gozetcinin-meyiti-is-yerinde-tapildi
Oxunma sayı: 1652

Bakıda daş karxanasında ölüm hadisəsi baş verib.

Qafqazinfo”nun məlumatına görə, hadisə fevralın 4-də gecə saatlarında paytaxtın Binəqədi rayonu ərazisindəki daş karxanalarından birində baş verib. Həmin karxanada gözətçi işləyən Bərdə rayon sakini, 1963-cü il təvəllüdlü Yolçuyev Gəncəvi Binnət oğlunun meyiti səhər saatlarında gözətçi otağında tapılıb.

Meyit müayinə edilib və onun ürək tutmasından dünyasını dəyişdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.