Bakıda güclü külək 10 metrlik lövhəni aşırdı - Fotolar

bakida-guclu-kulek-10-metrlik-lovheni-asirdi
Oxunma sayı: 2423

Güclü külək nəticəsində Bakı Dairəvi 1-ci avtomobil yolunda, Yeni Yaşayış massivinə gedən yolun kəsişməsində yerləşən 10 metr hündürlüyə malik T tipli məlumatverici lövhə aşıb.

Bu barədə “Qafqazinfo”ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Aşan lövhə Yeni Yaşayış massivinə gedən yolda, həmçinin Bakı Dairəvi 1-ci avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkətinə maneə yaradıb. Dərhal əraziyə AYYDA-nın əməkdaşları cəlb olunublar. Problem aradan qaldırılıb, avtonəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin edilib.