Bakıda güclü külək əsir

bakida-guclu-kulek-esir
Oxunma sayı: 1967

Bakıda güclü külək əsir. "Qafqazinfo" xəbər verir ki, gecə saatlarından başlayan külək səhərə yaxın daha da güclənib.

Qeyd edək ki, dünən Milli Hidrometeorologiya Xidməti aprelin 21-23-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, aprelin 21-də bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi barədə məlumat yaymışdı. 

Qeyd olunurdu ki, aprelin 21-i axşam Azərbaycanın şimal və qərb rayonlarında, 22-dən 25-i gündüzədək isə əksər rayonlarda havanın qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. 

Aprelin 21-i axşam və 22-də bəzi qərb rayonlarında dolu düşəcəyi  ehtimalı var. Qərb küləyi aprelin 21-23-də arabir 15-20 m/s, 21-də ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. 

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı gözlənilir.