Bakıda güclü külək nəticəsində yeddi nəfər xəsarət aldı

bakida-guclu-kulek-neticesinde-yeddi-nefer-xesaret-aldi
Oxunma sayı: 3426

Paytaxtda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından yeddi nəfər (üç kişi, dörd qadın) müxtəlif dərəcəli bədən  xəsarətləri alıb.

Bu barədə “Qafqazinfo”ya Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

Bildirilib ki, xəsarət alanlar tibbi yardım göstərilməsi üçün yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.