Bakıda güclü toz dumanı var

bakida-guclu-toz-dumani-var
Oxunma sayı: 966

Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, cənub-şərq istiqamətli küləklərin üstünlük təşkil etməsi ölkə ərazisinə transsərhəd daxil olmuş toz dumanının havada uzun müddət qalmasına səbəb olub.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya bildirilib. Qeyd edilib ki, toz dumanının meteoroloji şəraitdən asılı olaraq həftənin sonuna qədər davam edəcəyi proqnozlaşdırılır.

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, Bakı şəhərində dispers toz hissəciklərinin konsentrasiyası normadan 1.7, azot 4-oksid  isə 3.3 dəfə yüksək qeydə alınıb.