Bakıda güclü yanğın- - Yenilənib

bakida-guclu-yangin-
Oxunma sayı: 1678


“Qafqazinfo” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, hadisə Xətai rayonu, Şirvani küçəsi 2A ünvanında yerləşən yaşayış binasındakı mənzillərdən birində qeydə alınıb. Yanğının söndürülməsinə 3 yanğınsöndürən maşın cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. 

***

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, Xətai rayonu, Şirvani küçəsi -  2A ünvanında yerləşən yaşayış binasındakı mənzillərdən birində baş verən yanğına ilkin ehtimala görə qısaqapanma səbəb olub. Həyata keçirilən tədbirlər nəticəsində yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.