Bakıda gülünc oğurluq - Protezini apardılar

bakida-gulunc-ogurluq-
Oxunma sayı: 2170

Bakıda gülməli oğurluq hadisəsi baş verib.

Qafqazinfo”nun Ans press-ə istinadən məlumatına görə, yaşlı qadının protezi oğurlanıb. Hadisə Suraxanı rayonunun Əmircan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 1942-ci il təvəllüdlü Gülşən Novruzova 31-cu polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, iyunun 1-də səhər saatlarında protez dişlərini çıxarıb “polka”nın üzərinə qoyub. Yarım saatdan sonra qadın dişlərini qoyduğu yerə qayıdıb və protezinin yerində olmadığını görüb.

Zərərçəkmişin sözlərinə görə, onun protezinin üzərində 6 qızıl diş olub və bu qızılların oğrunun diqqətini cəlb etməsi mümkündür.