Bakıda hamilələr üçün pulsuz taksi- - Foto

bakida-hamileler-ucun-pulsuz-taksi-
Oxunma sayı: 2988

 

"Qafqazinfo" xəbər verir ki, o, taksiyə maraqlı elan yerləşdirib. Belə ki, elanda qeyd olunur ki, "Hamilə və 1 yaşına qədər uşaqlı valideynlərə taksidə gediş haqqı pulsuzdur". 

Taksi sürücüsü isə etdiyi hərəkəti belə qiymətləndirib: "Hamı mənə dəli, xəstə kimi baxır, amma yox mən elə deyiləm. Mənim üçün puldan önəmli insanlara hörmət eləmək, onları çətin anda başa düşmək vacibdir. Ona görə də hamilə və 1 yaşından kiçik uşağı olan qadınları taksimdə pulsuz aparıram. Hətta mənə imkansız bir vətəndaş yaxınlaşıb pulsuz onu harasa getmək istəsə canla-başla kömək edərəm. Bəlkə, nə vaxtsa mənim də nəvələrimə bu yaxşılıq qayıdar. Bu mənim seçimimdir!"

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan bu foto geniş müzakirələrə səbəb olub.