“Qafqazinfo” ans press-ə istinadən xəbər verir ki, qonşuların və avtombil sahibinin dediyinə görə, bu hadisəyə səbəb məhz 67 saylı mənzil istismar sahəsi əməkdaşlarının səhlənkarlığıdır. Belə ki, səhər saatlarında qurumun əməkdaşları zibil qutularını boşaltmaq üçün əraziyə traktor və yük maşını cəlb ediblər. Bu zaman traktor yerdəki məişət tullantılarını yığışdırmaq üçün fəailəyyətə başlayıb. Nəticədə traktorun sürücüsünün səhlənkarlığı uzündən məişət tullatıları üçün ayrılan yerin daş hasarı uçub. Uçqun zamanı mişar daşları yaxınlıqdakı “Mercedes” markalı avtomobilin üzərinə tökülüb.
Nəticədə maşın yararsız hala düşüb. Bunu görən mənzil istismar sahəsinin əməkdaşları dərhal hadisə yerindən uzaqlaşıb. Bütün bunlar ərazidə yaşayan sakinlərin sözləridir.
Hadisə vaxtı isə sürücü avtomobilində olmayıb. Onun burda maşın saxlamasına gəlincə, sürücü deyir ki, ərazi evinə yaxın olduğuna görə buranı seçib. Sakinlərin sözlərinə görə, bu hadisəni məhz traktorun sürücüsünün etdiyini ərazidəki müşahidə kameraları da qeydə alıb.
Son xəbərlər
Son Xəbərlər