Bakıda “Haski” oğrusu tutuldu

bakida-haski-ogrusu-tutuldu
Oxunma sayı: 1419

Bakıda “Haski” oğurlayan gənc saxlanılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, yanvarın 19-da gecə saatlarında Bakı şəhər sakini L.Həsənovaya məxsus, Binəqədi rayonunda yerləşən kafenin həyətindəki tikilidən qapını açmaq yolu ilə “Haski” cinsli it oğurlanıb.

6-cı PB əməkdaşları tərəfindən iti oğurlamaqda şübhəli bilinən, Şamaxı rayon sakini 1991-ci il təvəllüdlü İlqar Qaçayev tutulub.

Murad Əhməd