Bakıda havanın temperaturu normanı ötüb

bakida-havanin-temperaturu-normani-otub
Oxunma sayı: 1482

Hazırda Bakıda havanın temperaturu iqlim normasından 2-3 dərəcə yüksəkdir.

Qafqazinfo” xəbər verir ki, bunu TrendEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib.

G.Məmmədovanın sözlərinə görə, hazırda müşahidə olunan hava şəraiti anomal hesab edilmir. Belə hava şəraiti əvvəlki illərin fevral ayında da müşahidə edilib.

G.Məmmədova yaxın günlərdə hava şəraitində ciddi dəyişikliyin qeydə alınmayacağını da söyləyib.

Qeyd edək ki, bu gün Bakı və Abşeron yarımadasında gecə 2-5°, gündüz 8-13° isti olacağı proqnozlaşdırılıb.