Bakıda həbsxanada 22 yaşlı məhbus öldü - 4 illik cəza almışdı

bakida-hebsxanada-22-yasli-mehbus-oldu
Oxunma sayı: 6430

Bakıdakı cəzaçəkmə müəssisələrinin birində ölüm hadisəsi baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Penitensiar Xidmətin Nərimanov rayonu ərazisində yerləşən 10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhbus, 2000-ci il təvəllüdlü İmran Nəriman oğlu Nağıyev qəfil vəfat edib.

Xəbəri rus dilində oxuyun: 6 причин купить новый флагман Samsung Galaxy S22 Ultra

İlkin müayinələrdən sonra 22 yaşlı məhkumun infarktdan öldüyü müəyyən edilib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, İ.Nağıyev bir neçə ay əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunaraq 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Nizam Rza