Azərbaycan Super Liqasında və CEV kubokunda “Azəryol”la yarımfinala yüksələn almaniyalı voleybolçu Marin Apitz vətənində müsahibə verib. “Qafqazinfo” xəbər verir ki, o, Azərbaycandakı karyerasından danışıb:
“Fransanın “Kann” klubunda çıxış etdikdən sonra Azərbaycana getdim. Azərbaycandan gələn təklif mənim üçün sərfəli idi. Çünki oynadığım klub gəlir baxımından da daha yaxşıdır. Bakı isə karyeramda yeni bir səhifədir. Biz çempionata rusiyalı məşqçi ilə başladıq. Daha sonra onun köməkçisi ilə başa vurduq. Azərbaycan çempionatı heç də zəif deyil. Həm də kapitanlıq sarğısı mənə verildi. Bu sürpriz oldu”
Apitz paytaxtımızdakı yaşayışını belə izah edib: “Bakıda hündür bir binada tək qalırdım. Çox monoton bir həyat idi. Çünki hər gün eyni şeylər var idi. Bundan qurtulmaq üçün qiyabi kursa başladım”.
Son xəbərlər
Son Xəbərlər