Bakıda hoteldə yanğın - İnsanlar təxliyə olundu

bakida-hotelde-yangin
Oxunma sayı: 3854

Bakıda hoteldə yanğın qeydə alınıb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, paytaxtın Nərimanov rayonunda “Golden Shine” hotelinin yerləşdiyi beşmərtəbəli binanın zirzəmisində qazanxananın ətrafında 5 p.m elektrik kabeli yanıb.

Qatı tüstü olduğundan oteldə olan vətəndaşlar yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb.