Bakıda hotelin televizorları oğurlandı

bakida-hotelin-televizorlari-ogurlandi
Oxunma sayı: 4423

Səbail rayonu ərazisində yerləşən otellərin birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, araşdırma nəticəsində oteldən 13 ədəd televizor və 3 mobil telefonun oğurlandığı məlum olub.

Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlinin orada işləyən E.İsmayılov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və o, saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.