Bakıda hündürmərtəbəli binada yanğın - Video

bakida-hundurmertebeli-binada-yangin
Oxunma sayı: 3037

Bakıda hündürmərtəbəli binada yanğın baş verib.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, hadisə ötən gecə Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi 2B ünvanında qeydə alınıb.

Belə ki, nazirliyin qaynar xəttinə çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin mənzilində yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın saat 01:07 dəqiqədə məhdudlaşdırılıb.