Ötən həftə Bakının Nəsimi rayonundakı ictimai obyektlərdən birinin qarşısında nümunəvi növbə sırasının yaradılması barədə xəbər vermişdik. Bildirmişdik ki, obyektin qarşısında növbə mədəniyyəti örnəyi yaradan vətəndaşların sosial məsafəyə diqqət etməsi xüsusilə diqqətəlayiqdir.
"Qafqazinfo" xəbər verir ki, Azərbaycanda çox az hallarda müşahidə olunan belə nümunəvi növbə sırası Mover Beynəlxalq Çatdırılma və Logistika şirkətinin qarşısında yaranıb.
Türkiyə, Amerika və Dubaydan sifariş edilən məhsulları Azərbaycana gətirən Mover Beynəlxalq Çatdırılma və Logistika şirkətindən bağlamalarını təhvil almağa gələn vətəndaşlar şirkət önündə ideal növbə yaradıb.
Qeyd edək ki, Mover şirkət qarşısında yaranan növbə sırası ilə bağlı məlumat yayıb. Şirkətdən bildirilib ki, müştərilərinin rahatlığını təmin etmək üçün artıq yeni xidmətini istifadəyə verib. “Bağlamalarımı Topla” adlı xidmət vasitəsilə 3-dən artıq bağlaması olan müştərilər onlayn növbə götürə biləcək. Bağlamalar paketlənib hazır olduqda isə müştərilər anbara yaxınlaşaraq qısa müddət ərzində yüklərini təhvil alacaq.
Mover şirkəti Türkiyə, Amerika və Birləşmiş Ərəb Əmirliklərindən sifariş edilən yüklərin qısa müddətdə Azərbaycanın 50-dən çox bölgəsinə çatdırılmasını həyata keçirir. Azərbaycanda logistika bazarında lider şirkətlərdən olan Mover artıq 5 ildir fəaliyyət göstərir. Şirkət ölkə qanunvericiliyinin qadağan etmədiyi hər növ yükün Azərbaycana daşınmasını təmin edir.
Mover müvafiq ölkə anbarlarına təhvil verilən yükləri 3-5 gün ərzində Azərbaycana, o cümlədən ölkənin 50-dən çox bölgəsində çatdırır.
Mover eyni zamanda Azərbaycanda Beynəlxalq Hava Nəqliyyatı Asossiasiyasına (İATA) üzv qəbul edilən ilk logistika şirkətidir.
Mover Beynəlxalq Çatdırılma və Logistika şirkəti, həmçinin, “World Courier” beynəlxalq kuryer şirkəti və Dünya Karqo Alyansının (WCA) Azərbaycandakı partnyorudur. Şirkət eyni zamanda, tibbi ləvazimatların, canlı orqan və qan analizlərinin Azərbaycandan xarici ölkələrə göndərilməsini və xarici ölkələrdən Azərbaycana gətirilməsini həyata keçirir.
.jpg)
.jpg)
.jpg)
.jpg)
Son xəbərlər
Son Xəbərlər