Bakıda iki avtomobil toqquşub- - Fotolar

bakida-iki-avtomobil-toqqusub-
Oxunma sayı: 1012


“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki,  qəza zamanı iki “Mercedes” markalı minik maşını toqquşub. Nəticədə sərnişinlərdən biri Ramazanov Əhməd ağır yaralanıb.

Qəza yerinə təcili tibbi yardım maşınları, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları gəlib.

Yaralı 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Qəzaya uğramış avtomobillər ərazidən evakuasiya edilib.