Bakıda iki avtomobil toqquşub, ölənlər var

bakida-iki-avtomobil-toqqusub-olenler-var
Oxunma sayı: 2953

Bakıda xəsarətlə nəticələnən yol qəzası olub.

Bu barədə "Qafqazinfo" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Suraxanı rayonunda “BMW” və “BАЗ” markalı iki minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan "ВАЗ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.