Bakıda iki bölmə rəisi işdən çıxarılıb

bakida-iki-bolme-reisi-isden-cixarilib
Oxunma sayı: 4808

Bakıda iki polis bölməsinin rəisi vəzifələrindən azad olunub.

"Qafqazinfo" “Report”a istinadən xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin rəisi, polis-polkovniki leytenantı Həsən Abdullayev və Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin rəisi, polis-polkovniki leytenantı Hüseyn İmanov tutduqları vəzifələrindən azad ediliblər. Bununla bağlı müvafiq əmrlər imzalanıb.