Bakıda iki ev yandı

bakida-iki-ev-yandi
Oxunma sayı: 715

Bakıda iki ev yanıb.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Suraxanı rayonunda baş verib.

Vətəndaşa məxsus ümumi sahəsi 70 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları, ev əşyaları 35 m² sahədə və bitişik tikilmiş digər vətəndaşa məxsus ümumi 60 m² olan 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 40 m² sahədə yanıb. Evlərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.