Bakıda iki ev yandı

bakida-iki-ev-yandi
Oxunma sayı: 641

“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümümi sahəsi 40 kv.m olan ikiotaqlı evin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər hadisə Qaradağ rayonunda baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan birmərtəbəli ikiotaqlı evin bir otağında 0,5 kv.m sahədə ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.