“Qafqazinfo” Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, iyulun 18-də Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən Metal Konstruksiyalar Zavodunda işləyənlər - qəsəbə sakini Qadir Ömərov və Quba rayon sakini Ağakərim Bağırov təmir-quraşdırma işləri görərkən 20 metr hündürlükdən yıxılıblar.
A. Bağırov hadisə yerində, xəstəxanaya yerləşdirilən A. Ömərov isə orada ölüb.